”Şəhərin mərkəzində çoxmərtəbəli binaların tikintisi qadağan olunsun” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 16 Mart 2018 13:31
 
Hökumətin hesabatı ətrafında  müzakirələr davam edir.
Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Azər Badamov şəhər mərkəzində çoxmərtəbəli binaların tikintisinə qadağa qoyulmasını təklif edib. O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur. Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər  problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar. Bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salınsın. Bu eyni zamanda  tıxacların aradan qaldırlmasına öz töhfəsini verər”- deyə. A. Badamov bildirib.
Deputat Elmira Axundova isə “Sovetski” yaşayış massivində  binaların sökülməsi zamanı vətəndaşlara verilən kompenssasiyasının həcminin artırılmasını təklif edib. O  təklif edib ki,  ya o, insanlar hazır mənzillə təmin olunsun, ya da  kompenssasiya həcmi 1500 manatdan ən azı iki min manatadək qaldırılmalıdır: “Belə olarsa o zaman  mövcud narazılığı aradan qaldırmaq olar. Bunun üçün dövlətin imkanı var”.
 
Mürtəza
Gununsesi.info