Şəhriyar Məmmədyarov superturnirdə ilk qələbəsini qazandı

  • By admin
  • 15 Yanvar 2018 09:30

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən nüfuzlu Tata Steel Masters turnirində ilk qələbəsini qazanıb.

Gununsesi.info-nun xəbərinə görə, Məmmədyarov ikinci tur çərçivəsində qara fiqurlarla çinli Hou Yifanı üstələyib. İlk turda Şəhriyar amerikalı Uesli So ilə heç-heçə oynayıb.

Şahmatçımız üçüncü turda rusiyalı Maksim Matlakovla qarşılaşacaq.

Turnir 13 turdan ibarətdir. Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə yanvarın 26-da oynayacaq.

Gununsesi.info