Şəkər idxalı rekord səviyyədə artıb

  • By admin
  • 21 Avqust 2017 16:24
vahid_meherremov

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin altı ayı ərzində keçən ilin bütün dövrü ilə müqayisədə ölkəyə 18,80 dəfə çox şəkər idxal olunub.

Gununsesi.info bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən bildirir.

V. Məhərrəmov qeyd edir ki, bu ilin birinci yarısında Azərbaycana 67,7 min ton şəkər gətirildiyi halda, 2016-cı il ərzində bu göstərici cəmi 3,6 min ton olub:  “Ölkəyə şəkər idxalının kəskin artdığı bir vaxtda Azərbaycandan şəkər ixracı azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayı ərzində ölkədən 40 min 284 ton – ötən ilin altı ayındakından 11 min ton az şəkər ixrac olunub. İxracdan gələn vəsait 3.3 milyon dollar azalıb”.

İxracla yanaşı ölkədə şəkər istehsalında da azalma var. Belə ki, Dövlət Statistika Komitəsi birinci yarım illikdə 110.2 min ton şəkər və qənd istehsal olunduğunu, istehsalın 35 faiz düşdüyünü bildirir.

Vüsalə
Gununsesi.info