Səməd Səmədov reklam üçün süni qalmaqal yaradıb

  • By admin
  • 23 İyul 2017 18:45

127637_3wwgxskh39
Xalq artisti Səməd Səmədov qalmaqalları ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Xəzər maqazin”ə açıqlamasında deyib ki, müğənni Əli Mirəliyev və Sevda Əliqızı ilə qalmaqalları süni imiş.

İfaçı bunları piar üçün etdiyini söyləyib:

“Sevda xanmla görüşürük, dost qalmışıq. O sadəcə şou idi. Əli Mirəliyevlə dava da şou idi. Allah onun canını sağ eləsin. Əlidən qabaq məşhur olmaq, bütün Azərbaycana tanınmaq istəyirdim. Amma 50 faiz tanıyırdı. Əlinin qalmaqalından sonra hansı rayona gedirdik, hamı qaçırdı üstümə, tanıyırdı. Bilirəm ki, Əli Mirəliyevin işidir. Əli elə piar edib ki, bütün dünya məni tanıyıb”.

Gununsesi.info