Səməd Seyidov bədbəxt hadisə nəticəsində öldü

  • By admin
  • 21 Oktyabr 2017 12:42
59eb0cff37985_1508524984_tecili-yardim
Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info APA-ya istinadən xəbər verirki, bu gün günorta saatlarında rayonun Ləkit Kötüklü kənd sakini 1972-ci il təvəllüdlü Səməd Məmməd oğlu Seyidov yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə şabalıd çırpan zaman ehtiyatsızlıqdan ağacdan dərəyə yıxılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan 45 yaşlı Səməd Seyidov Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan APA-ya bildirilib ki, göstərilən yardımlara baxmayaraq Səməd Seyidov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info