Şəmkirdə bacısını başqa oğlanla görən şəxs kişini küçədə qətlə yetirib

  • By admin
  • 20 Oktyabr 2017 22:34

bicaq_028741

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

“Report”un  məlumatına görə, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Gununsesi.info