Şəmkirdə qonşu qonşunu baltalayıb

  • By admin
  • 15 Noyabr 2017 22:00

Şəmkir rayon sakini qonşusuna balta ilə xəsarət yetirib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info