Sərnişin avtobusu aşdı - 2 ÖLÜ, 18 YARALI

  • By admin
  • 19 Noyabr 2017 16:20

Türkiyənin Diyabəkir əyalətində sərnişin avtobusu aşıb.

Gununsesi.info xəbər verir ki, avtobusun aşması nəticəsində 2 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Hadisə yerində təcili yardım briqadaları işləyit. Qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, son 10 il ərzində Türkiyədə yol qəzaları nəticəsində 42 min insan həlak olub, 2 milyondan artıq isə yaralanıb. Türkiyədə il ərazində orta hesabla 1 milyona yaxın yol qəzası baş verir.

Gununsesi.info