Sərnişinin gizlətdiyi narkotik vasitə xidməti itin tətbiqi ilə aşkara çıxarıldı

  • By admin
  • 22 İyun 2017 09:44

marixuana

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi “Scania” markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı xidməti it avtobusun sərnişin oturacaqlarından birinə reaksiya verib. Nəticədə, həmin oturacağın sol kənar tərəfində – oturacağın üzlüyünün kəsilərək içərisinə yerləşdirilmiş halda xalis çəkisi 202,306 qram olan narkotik vasitə – həşiş qətranı aşkar edilib.

Daha sonra, aşkar olunan narkotik vasitənin “Scania” markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Rəfayel Əli oğluna məxsus olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq sorğu-sual olunduqda, aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info