Saakaşvili yenə ifadə verdi

  • By admin
  • 16 Yanvar 2018 14:44

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinin binasına gəlib.

Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamından dolayı ifadə verəcək.

İdarəyə 20 dəqiqə gecikmə ilə gələn Saakaşvili binanın qabağındakı jurnalistlərə heç bir açıqlama verməyib.

Gununsesi.info