Saakaşvilinin şok görüntüləri yayıldı –  Video

  • By admin
  • 12 Dekabr 2017 19:12


Ukraynalı blogger Miroslav Oleşko Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin şok görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, dünən Kiyevin Peçer rayonunda keçirilən məhkəmə prosesi zamanı lentə alınan videoda Saakaşvilinin anlaqsız vəziyyətdə hərəkətlər etdiyi aydın görünür.

Belə ki, eks-prezident anidən gözləri bərəlmiş halda ətrafa baxır, qəribə davranışlar edir.

Blogger iddia edib ki, Saakaşvili ilk dəfə deyil ki, kamera arxasında buna bənzər hərəkətlər edir.

Oleşko, onun narkotik vasitələrin təsir altında olduğunu da əlavə edib.

İzləyicilərin də əksəriyyəti bloggerlə razılaşaraq, Saakaşvilinin narkoman təsiri bağışladığını bildiriblər.

Qeyd edək ki, dünən Kiyevin Peçer rayon Məhkəməsi Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina edib.

Hakim Larisa Çokol Saakaşvilini məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.

Gununsesi.info