Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirəcək.
“Report”un Ukrayna bürosunun məlumatına görə, mitinq Bakı vaxtı ilə saat 14:00 başlayacaq.
Hazırda parlament binasının qarşısında 100-ə yaxın adam toplaşıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır düşərgəsi quran aksiyaçılara qoşulub. Bildirilir ki, mitinq iştirakçılarının sayı artır.
M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slobodyanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Aksiyada ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq.
Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir.
Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib.
M. Saakaşvili mitinqə gəlib və çadır düşərgəsindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insanın iştirakı gözlənilir.
Gununsesi.info
Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirəcək
- By admin
- 22 Oktyabr 2017 14:15
DİGƏR XƏBƏRLƏR
-
24 Aprel 2024 21:47
Yunanıstan parlamentində dava düşüb
-
24 Aprel 2024 21:29
Paşinyanın xanımı tədbirdə təhqir olunub
-
24 Aprel 2024 21:10
Rusiya ilə Ukrayna arasında danışıqlar olub
-
24 Aprel 2024 20:05
ABŞ Qəzzaya 1 milyard dollar yardım ayırır
-
24 Aprel 2024 20:03
ABŞ “TikTok” a qadağa qoydu
-
24 Aprel 2024 19:57
Bayden Ukraynaya yardımla bağlı qanun imzalayıb
-
24 Aprel 2024 19:33
Lukaşenko Ümumbelarus Xalq Məclisinin rəhbəri oldu
-
24 Aprel 2024 19:28
Krım körpüsü bağlanıb
-
24 Aprel 2024 17:49
Türk nazirdən Zəngəzur açıqlaması
-
24 Aprel 2024 17:37
Türkiyədə meşə yanğını başlayıb
-
24 Aprel 2024 17:36
Qalmaqallı rus bloger qəzada öldü
-
24 Aprel 2024 17:28
Almaniyadan terrorla mübarizədə daha çox dəstək gözləyirik