Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edildi

  • By admin
  • 21 Fevral 2018 22:10


Ukraynanın Sərhəd Xidməti 2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.

Gununsesi.info