XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 12:55

Sabah güclü yağış yağacaq, külək əsəcək- XƏBƏRDARLIQ

yagish

Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Gununsesi.info




loading...
Loading...