XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 19:52

Sabah paytaxtımızda Sənədli Filmlər Festivalı keçiriləcək

screenshot-1

Gununsesi.info xəbər verir ki, sabah Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən verilən məlumata görə, sabah festivalın açılış tədbirlərində “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) filmləri nümayiş olunacaq.

Tamaşaçılar oktyabrın 15-dək digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi müxtəlif universitet, mədəniyyət mərkəzləri, o cümlədən, Yunus Emre İnstitutunda filmlərin nümayişini keçirəcək.

Gununsesi.info




loading...
Loading...