Sabah “Qarabağ” ən çətin rəqibi ilə qarşılaşacaq

  • By admin
  • 22 Avqust 2017 16:04

qarabagloqo

Avqustun 23-də UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində “Qarabağ” səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Gununsesi.info xəbər verir ki, bu komandalar arasında cavab oyunu Kopenhagen şəhərindəki “Parken” stadionunda keçiriləcək.

Belə ki, komandalar arasında ilk oyun Bakıda keçirilib.

Qarşılaşma 1: 0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Anar

Gununsesi.info