Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

22 Oktyabr 2017 - 12:15

Sabahın havası- YAĞIŞ YAĞACAQ

hava_2017040801

Gununsesi.info xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli  yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz  16-18° isti, Bakıda gecə  13-15°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət   gecə 75-80 %, gündüz 60-70 %  olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraiti əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən şimal və şərq rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

Gununsesi.info





loading...