Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

30 May 2017 - 15:42

Sabirə məktub- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Yalan deyənin dili qurusun.

Gecə yuxumda bir şer məclisindəydim. Hamı durub bəlağətli şeirlər söyləyirdi. Dostdan-aşinadan, vətəndən, sevgilidən, güldən-bülbüldən. Birdən kimsə yerdən dilləndi ki, a bala, Mirzə Ələkbər Sabirə də söz verin, qoy bir- iki kəlmə də ondan eşidək. Yenə kimsə yerdən dedi ki, Sabir ölüb, xəbərin yoxdur?

Səhər gecəki yuxum haqqında fikirləşməli oldum. Düşündüm yəqin son həftələr ardıcıl olaraq gənc yazarların imza gününə gedirəm, ondandır. Bir də oxuyuram ki, bıy, sənin 155 illiyindir ki?!

“Sən” dediyim üçün bağışla məni, şair. O qədər müasirsən ki, inan başqa cür xitab edə bilmədim. Elə bilirəm yaşıdımızsan, elə bilirəm hardansa tanışıq, bəlkə bir məktəbdə oxumuşuq, bir parta arxasında oturmuşuq?!.

Sonra əstəğfürallah deyirəm. Sabir hara, mən hara? Mən otursam-otursam Sabirin nəvəsi Gündüz ilə oturmuşam ən uzağı. O da “Azadlıq”ın yeməkxanasında. O vaxtdan da az qala Sabirin yaşı qədər il keçib və Gündüzü indi gündüz çıraqla tapa bilməzsən. Gedib oturub okeanın o tayında – Amerikada.

20-7

Sabir demişkən, Bir cibimdə əskinasım, bir cibimdə ağ manat Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat.

Yeri gəlmişkən, Gündüzün xətrini dünyalar qədər istəyirəm. Necə olmasa, sənin-ulu Sabirin yadigarıdır.

Bəs sən neynirsən şair? Düzünü de, o dünyanın da Amerikası varmı? Bəlkə cənnət dedikləri elə oradır? Əksi olsaydı, hamı ora can atmazdı ki. Ölülər cənnəti arzulayırkən dirilər də Amerika həsrətindədir, Mirzə Ələkbər.

Azərbaycanda bu il üçün Green Card udanların sayı da 200-ü keçib. Bu nə deməkdir? Bu, o deməkdir ki, ABŞ Dövlət Departamentinin verdiyi bu vəsiqə ilə sən okeanın o tayında yaşamaq və işləmək hüququ qazanmış olursan.

Bilmirəm nə məsələdirsə hamı ölkədən qaçmağa çalışır. Bir vaxtlar sən Şamaxıdan qaçmağa çalışan kimi.

Yaşadıqca xarabə Şirvanda,

Bir səfa görmədim o viranda.

Yaşadıqca əzabə düşdü tənim,

Mənə zindan kəsildi öz vətənim.

Sən sən ol, səmimi de, şair. Bəs o zaman torpağına qarışmaq, əbədi uyumaq üçün niyə Şamaxını seçdin?

Demək ki, Vətən həmişə Vətəndir. Və Sən o vətənin sabun tiyanının yanında daha xoşbəxt sayırdın özünü, deyilmi? Gerisi sabun köpüyü, təfərrüatdır deyirdin bəlkə də…. Bəlkə də cavabın fərqlidir, mənim sənə suallarım kimi. Məsələn, məni belə bir sual maraqlandırır. Bu gün Tanrıya hamıdan çox yaxın ikən o gözəgörünməzin dərgahında onunla üzbəsurət dayandınmı heç? Bir vaxtlar kağıza etdiyin gileyi özünə etdinmi? Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər Mərifət müftədi çün, kasıbi-bədbəxtə verər.

Hacı Rüstəm əmiyə yeddi oğul cümlə qəni Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər. Yekə saqqal kişiyə il uzunu gündə plov Leyk abdal Kosaya həftədə bir küftə verər… Küftədən-plovdan söz düşmüşkən, bu yazını yazarkən ağzım orucdur.

Bayırda da bütün ayların sultanı dediyimiz Ramazan ayı. Tutdum orucu İrəmazanda Qaldı iki gözlərim qazanda… Mirzə Ələkbər, vallah bu dəqiqə mənim də fikrim qazandadır. Bu səbəbdən də nə yazsam çiy çıxır elə bil. Söz də ki elə bir şeydir ki, gərək bişirib çıxarasan. Ona görə səninlə sağollaşıram.

Bir məktub da sənə iyulda yazacam. İyulun 12-si vəfat günündə. Çalış o vaxta qədər özünü qoru, qara ciyərini təkrar soyuğa vermə. Yoxsa yenə ciyərin şişər, eynən mənim başım kimi.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info

 

 





loading...