Sabir Rüstəmxanlı Elçibəyin evində - FOTOLAR

  • By admin
  • 11 Sentyabr 2017 10:54

007 (1)

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı eks-prezident Əbülfəz Elçibəyin Ordubad rayonunun Kələki kəndində yerləşən evini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu haqda S. Rüstəmxanlı sosial şəbəkədə fotolar və məlumat paylaşıb. “Bu gün Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, ailəsinə baş çəkdim. Balaca otağa ötəri bir nəzər salmaq yetərlidir ki, burda dogulub böyümüş, burda ağır günlər keçirmiş dəyərli insanın, əziz dostumuzun böyük ruhunu hiss edib, onun milli ideallarının və vətən sevgisinin necə hüdudsuz bir genişliyə qanad açdıgını hiss edəsən”.

 






Gununsesi.info