Sabirabadda ev yandı

  • By admin
  • 25 Mart 2017 13:05

yangin

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info