Saçlarınız niyə tökülür? - ÖNƏMLİ MƏSLƏHƏTLƏR

  • By admin
  • 16 Sentyabr 2017 10:36

maxresdefault

Saç tökülməsinə geniş səbəb olan xəstəliklər arasında qızdırma ilk yerlərdə dayanır.

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilən kimyəvi maddələr, mərkəzi sinir sistemi xəstəlikləri və həddindən artıq stress kimi ünsürlər də, saçın tökülmə səbəblərində ilk sıralarda yer alır. Bundan başqa saçın seyrəkləşməsi və tökülməsinə  daha çox göbələk xəstəlikləri, saçqıran, bəzi kosmetik məhsulların çox istifadə edilməsi də təsir göstərir.

Gununsesi.info saçlara qulluqla bağlı önəmli məsləhətləri təqdim edir.

Saçlara qulluq  üçün məsləhətlər

Əgər saçlarınızın daha baxımlı, daha gözəl və daha parlaq olmasını istəyirsinizsə, yuduqdan və duruladıqdan sonra,  bir də içməli su ilə durulayın. Xlordan təmizlənən saçlarınız bunun sayəsində daha parlaq görünəcək. Duşda mütləq daraqdan istifadə edin. Saçınıza sürdüyünüz kremi və ya saç maskasını bu darağın köməyi ilə bütün saçınıza yedirin. Bu maska və ya kremin bütün saçınıza bərabər şəkildə yayılmasına kömək edəcək. Bunun uchun iridişli daraqdan və ya saç fırçasından istifadə edin. Kəskin metaluclu və ya plastik uclu daraq, saçlarınızın qırılmasına səbəb olar. Saçlarınızın davamlı elektriklənməsindən şikayətçisinizsə, bunun səbəbi səhv yuma və darama ola bilər. Saçlarınızı ovuşduraraq yaxalayırsınızsa, bu, elektriklənməyə səbəb olacaq. Eyni zamanda, metal saç fırçası istifadə etmək, saçlarınızı quru-quru fırçalamaqla da saçınız elektriklənəcək. İstifadə etdiyiniz saç fırçası mütləq tükdən və ya taxtadan olmalıdır.

Saçınızı darayarkən, fırçanıza bir az krem sürtə bilərsiniz. Krem saçın elektriklənib qabarmasını önləyəcək və saçlarınıza daha parlaq bir görünüş verəcək. Saçlara mövsümünə görə baxım tətbiq etmək lazımdır. Saç, gün ərzində kireçdən, siqaret tüstüsündən, mazutdan və hava çirkliliyindən yana çirk toplayır. Yayda dənizin və günəşin təsirindən saçlar zəifləyir, qırılır. Mütləq günəşləmədən əvvəl və sonra saçlara baxıma diqqət edin. Zəif saçlar, canlılıqlarını tez itirər. Saçlarınıza əvvəlki parlaqlığını qazandırmaq üçün çirkli saçlarınızı, saç tipinizə uyğun şampunlar ilə yaxşıca yumalısınız. Əgər saç tipinizi bilmirsinizsə, saç ustanızla məsləhətləşmənizdə fayda var. Saçlarınızın davamlı olaraq canlı və parlaq görünməsini istəyirsinizsə, saç maskalarından istifadə edə bilərsiniz. Yun koynəyinizi isti suyla yumadığınız kimi, saçlarınızı da isti sudan uzaq tutun, ilıq su ilə yaxalayın. Saçlar həssas olduğundan istini sevməzlər. Əgər bacarmazsınızsa, saçlarınızı soyuq su ilə yumaq mükəmməl nəticələr yaradacaqdır. Saçın qırılan uclarının kəsilməsi də son dərəcə faydalar. Barmaqlarınızın ucuyla alacağınız bir miqdar saç serumunu, köhnəlmiş saç uclarınıza sürtə bilərsiniz.

Saçlarınızı yuduqdan sonra diqqətlə darayın və feni ən aşağı səviyyəyə gətirib, öndən arxaya doğru qurutmağa başlayın. Saçlarınızı çox qarışdırmadan tam quruyanadək fenləyin və sonda feni yüksək istiliyə gətirərək saçlarınızı şəkilləndirin. Feni saçlarınızdan mütləq ən az 15 sm. uzaqlıqda tutun.Əgər saçlarınızı hər gün yaxalayırsınızsa, onları az bir miqdarla yalnız 1 dəfə şampunlayın.

Saçlarınızın tez uzanmasını istəyirsiniz?

Saçlarınız istədiyiniz uzunluqda deyilsə, tez uzanmasının istəyirsinizsə, onda sizə kökdən hazırlanan saç maskası təqdim edirik.

Maska üçün lazım olanlar:

2 ədəd kök

1 ədəd yumurta

3 stəkan su

Hazırlanması: 

3 stəkan su qaynadılır, rəndələnmiş köklər rəndələnib üzərinə əlavə edilir. 25-30 dəq. qaynadılır. Sonra su süzülərək, soyudulur yumurtaya çırpılır. Qarışıq saça sürtülür və təxminən 1 və ya 1 saat yarım saç sarılmış vəziyyətdə qalır. Sonra saç ilıq suda şampunla yuyulur. Bu maskanı təxminən 1-2 həftə etsəniz möhtəşəm uzun saçlara qovuşacaqsınız.

Gülnaz Qənbərli

Gununsesi.info