Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

21 Sentyabr 2017 - 15:26

Sahibkarlara bəd xəbər- BÜTÜN İAŞƏ VƏ SAHİBKARLIQ OBYEKTLƏRİNDƏ VERGİ NƏZARƏTİ GÜCLƏNDİRİLİR

sahibkarliq

Ciddi vergi pozuntularının rast gəlindiyi sahələrdən olan səhiyyə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin vergidən yayınma hallarının aradan qaldırılması üçün nəzarət sxemləri hazırlanacaq.

Gununsesi.info xəbər verir ki, bu haqda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini icra edən Habil Məmmədov kollegiya iclasında bildirib.

H.Məmmədov bildirib ki, kommersiya təşkilatlarının kassa əməliyyatlarının aparılması sahəsində də vəziyyət qeyri-qənaətbəxş olduğundan, mövcud halların aradan qaldırılması üçün yeni meyarların tətbiqinə ehtiyac var və bu sahədə yeni qaydaların hazırlanması nəzərdə tutulur.

Departament rəhbərinin sözlərinə görə, vergidən yayınma hallarının ən çox təsadüf edildiyi daha bir sahə iri dövriyyəli pərakəndə satış obyektləridir: “Bir çox ticarət mərkəzlərində, supermarketlərdə məsafədənötürmə qurğularının qoyulmasına baxmayaraq, həmin qurğulardan əldə edilən informasiya mübadiləsi günün tələbləri səviyyəsində deyil. Vergi orqanı əməkdaşlarının xronometraj aparmaq imkanları vaxt və fiziki baxımdan çətinlik yaratdığından, çıxış yolu iri dövriyyəli pərakəndə satış obyeklərində elektron məsafədənötürmə qurğularının tətbiqi ilə bağlı zəruri texniki işlərin görülməsinin sürətləndirilməsidir”.

İclasda vurğulanıb ki, vergi proqnozlarının icrasına mühüm təsir edən faktorlardan biri vergi borclarının alınmasının təşkilidir. Bu məsələ ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib, istintaq orqanları da cəlb olunmaqla vergi borclarının alınması işinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Səyyar vergi yoxlamaları üzrə bir sıra mühüm tədbirlərin görülməsi, elektron qaimə-fakturanın tətbiqi ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni risk meyarları müəyyənləşdirilərək proqram təminatında elektron nəzarətin  qurulması başlıca tələblərdən biridir.

Qeyd edilib ki, idxalçıların məsuliyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal olunan məhsul növləri üzrə istehsal obyektlərinin qruplaşdırılması və analoji vergi  ödəyicilərinin göstəricilərinin müqayisəsinin aparılması, qızıl mağazaları üzrə vergi nəzarətinin gücləndirilməsi, otellər üzrə vergi öhdəliklərinə əməl edilməsi vəziyyətinin təhlili və bu sahələrdə vergidən yayınma hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi də baslıca tələblərdəndir.

Tədbirlər Planında yer alan məsələlər sırasında vergidən yayınma hallarının ən çox təsadüf olunduğu şadlıq saraylarına vergi nəzarətinin artırılmasıdır.  Görüləcək işlər, həmçinin, mebel istehsalı və satışı ilə məşğul olan vergi ödəyiciləri və iri iaşə obyektləri üzrə vergi öhdəliklərinə əməl edilməsinin təhlilini, Bakı şəhərinin mərkəzində real icarə haqqının müəyyənləşdirilməsini və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması üçün qanunamüvafiq tədbirlərin görülməsini əhatə edir.

Vüsalə

Gununsesi.info





loading...