Sahibkarlarla bağlı yoxlamalar daha 4 il müddətinə DAYANDIRILIR

  • By admin
  • 19 Oktyabr 2017 11:28

sahibkarliq

Oktyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin ölkə prezidentinin təqdimatı ilə parlamentə göndərildiyini deyib.

Onun sözlərinə görə, qanun layihələrində müvafiq qanunvericilik aktlarına, o cümlədən, Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur: “Dəyişikliklər əsasən xırda, lakin mahiyyət etibarı ilə vacib olan dəyişikliklərdir”.

Sonra komitə sədri bildirib ki, sahibkarlara qarşı yoxlamaların dayandırılması ilə bağlı hələ iki il öncə ölkə prezidenti tərəfindən çox vacib addımlar atıldı: “Bu, çox mütərəqqi addım idi. O zaman Milli Məclis də bununla bağlı müvafiq qanunvericilik aktrtı qəbul etdi. Bildiyiniz kimi, o zaman sahibkarlara qarşı yoxlamaların iki il müddətinə dayandırılması qərara alınmışdı və artıq bu ilin noyabr ayında bu müddət başa çatır.Odur ki, cənab prezident bu müddətin daha 4 illiyinə, yəni, 2021-ci ilə qədər uzadılmasını təklif edir. Bu, çox alqışlanılmalı və təqdirolunmalı bir məsələdir”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info