Salyanda 22 yaşlı gənc bıçaqlanıb

  • By admin
  • 27 Fevral 2017 21:47

bicaq_3fvj4746346

 

Axşam saatlarında Salyan rayonunun Yenikəndində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.

Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info