Salyanda minik və yük avtomobilləri toqquşub - YARALILAR VAR

  • By admin
  • 19 Mart 2018 21:28

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info