Salyanda qətlə yetirilən qadının qatili tapıldı

  • By admin
  • 16 Yanvar 2017 14:40

peterburqda_qetl

Salyanda 5 ay əvvəl qətlə yetirilən qadının atasının yox, bacısının həyat yoldaşının öldürüldüyü bəllu  olub.

Gununsesi.info-nun xbərinə görə, 2016-cı il avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdə tapılıb. Hadisədən 3 gün sonra isə qadının atası – 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun qızını şəxsi münasibətlər zəminində iplə boğaraq qətlə yetirdiyi deyilsə də, lakin  sonradan rayon hüquq-mühafizə orqanalrı əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə meyiti tapılan qadının atası yox, bacısının əri, 1980-cı il təvəllüdlü Anar Məmmədağa oğlu Əhədov tərəfindən şəxsi münasibətlər zəmnində boğularaq öldürüldüyü məlum olub. Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb.

Qızını qətlə yetirməkdə şübhəli bilənərək 5 ay əvvəl saxlanılmış Eldar Qurbanovun isə Salyan Rayon Prokurorluğunda davam etdirilən istintaqın nəticələrindən asılı olaraq yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir.

Gülnaz Qənbərli

Gununsesi.info