Sammitdə Azərbaycan-Ermənistan gərginliyi - FOTO

  • By admin
  • 22 May 2017 17:48

143

“Ermənistan zəhərli ideologiyalarından imtina etmir”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 25 illik Yubiley Sammitində iştirak edən Azərbaycan Respublikasının spikeri Oqtay Əsədov belə deyib.

Belə ki, sammitdə çıxış edən Oqtay Əsədov bölgədə insanlığa xas olmayan bir dramın yaşandığını vurğulayıb: “Bu, öz torpağından didərgin salınmış 1 milyon azərbaycanlılar üçün yeni bir şey deyil. Təəssüf ki, bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin biri hələ də zəhərli ideologiyasından imtina etməyib. Ermənistan tətbiq etdiyi bu ideologiya ilə bölgəni zəhərləməklə kifayətlənməyərək, həm də ölkəmizin inkişaf fürsətlərini da xalqımızın əlindən alır”.

Oqtay Əsədov qeyd edib ki, hazırda Ermənistan Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edib: “Bu ölkə beynəlxalq hüququn əsas prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarını heçə sayır. Bizim ərazi bütövlüyümüzə hörmət etmək lazımdır” -, deyə O.Əsədov bildirib.

Qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimiyan isə mötəbər tədbirdə O.Əsədovun çıxışına replika ataraq: “Bura Dağlıq Qarabağ məsələsinin müzakirə edildiyi yer olmamalıdır”-, deyib.

Anar

Gununsesi.info