Saqqalı qırxılan dindarların işi üzrə kommunikasiya başlayıb - AVROPA MƏHKƏMƏSİ İŞGƏNCƏ FAKTINI ARAŞDIRIR

  • By admin
  • 20 Sentyabr 2017 13:48

SAQQAL

“Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə Zaqatalada saqqalı zorla polislər tərəfindən qırxıldığı deyiilən 4 dindarın şikayəti üzrə kommunikasiya başlayıb”. Bu barədə Gununsesi.az-a vəkil Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, həmin dindarlar şəxsiyyət vəsiqəsi almaq üçün yerli polis qurumuna müraciət ediblər, lakin saqqallı halda şəkil çəkdirərək vəsiqə verilməsindən imtina olunub. Eyni zamanda polis bölməsində onların saqqalları zorla qırxılıb.

fariz
Avropa Məhkəməsi onların saqqalının polis bölməsində qırxılıb-qırxılmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə məruz qalmamaq hüququ) pozuntusu və saqqallı fotoşəkillə şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı Konvensiyanın 9-cu maddəsi (vicdan azadlığı) Azərbaycan hökümətinə suallar ünvanlayıb.

Elmar