Şarapovanın uğuru

  • By admin
  • 28 Aprel 2017 19:54

1493393284-9538

 

Rusiyalı tennisçi Mariya Şarapova Qadın Tennis Assosiasiyasının Almaniyanın Ştutqart şəhərində keçirilən dördə bir finalında estoniyalı rəqibi Anrtt Kontaveyti məğlub edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, 1 saat 23 dəqiqə davam edən görüş 6:3, 6:4 hesabı ilə bitib.

Qeyd olunur ki, bu, Şarapovanın 15 aylıq diskvalifikasiyasından sonra çıxdığı üçüncü oyundur.  Bundan öncəki birinci və ikinci younlarda o, Robert Vinçi (İtaliya) və Yekaterina Makarovu udub.

Xatırladaq ki, M. Şarapova ötən ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, – deyə o əlavə edib.

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır. O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib. Lakin Beynəlxalq Tennis Federasiyasının M. Şarapovanın oyundan kənarlaşdırılması ilə bağlı qərarı 2017-ci ilin aprelində başa çatıb.

 

Gununsesi.info