Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

15 Dekabr 2017 - 16:46

“Seçkidə iştirak edən şəxsin fondunda müəyyən miqdarda vəsait olmalıdır”- VAHİD ƏHMƏDOV

“Seçki Məcəlləsində mübahisə doğuran məsələlərdən biri deputatların mandatdan məhrum edilməsi ilə bağlı olan məsələ idi. Çünki deputatların taleyi MSK-ya həvalə edilmişdi və o, həll etməli idi. Lakin indiki halda Məcəllənin 175 və 176-cı maddəsinə uyğun olaraq deputatların taleyini Milli Məclis həll edəcək. Bu mütərəqqi dəyişiklikdir”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov Seçki Məcəlləsinə dəyişikliklə bağlı mövqeyini açıqlayarkən deyib.

O əlavə edib ki, deputatların etik qaydaları pozduğuna görə mandatdan məhrum edilməsi ilə bağlı komissiya yaradılması nəzərdə tutulur: “Mən təklif edərdim ki, bu komissiyanın tərkibi genişləndirilməsi və ora ləyaqətli, nüfuzlu insanlar daxil edilsə yaxşı olar”.

Efir vaxtının ləğv olunması ilə bağlı məsələyə aydınlıq gətirən V.Əhmədov  bu dəyişikliyi dəstəkləyərək deyib ki, bu ciddi məsələdir: “Dəyişikliyə əsasən seçkidə iştirak edən şəxsin seçki fondunda müəyyən vəsait olanda o, efir vaxtından istifadə hüquq əldə edə bilir. Hesab edirəm ki, seçkidə iştirak edən şəxsin fondunda müəyyən miqdarda vəsait olmalıdır”.

V.Əhmədov 18 yaşına çatmış insanlara seçkidə iştirak etmək hüququnun verilməsini, eyni zamanda seçki müddətinin 90 gündən 60 günə endirilməsini təqdir edib.

Mürtəza

Gununsesi.info