Serbiyanın sabiq prezidenti İlham Əliyevi dəstəklədi - QALİB OLACAQ

  • By admin
  • 23 Mart 2018 11:30

Serbiyanın sabiq prezidenti Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın sədri Tomislav Nikoliç  geniş oxucu kütləsinə malik “Danas” qəzetinə müsahibə verib.

GUNUNSESİ.İNFO-nun xəbərinə görə, T.Nikoliç müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkəsinin “Bir kəmər, bir yol” layihəsində iştirakı, İpək Yolu üzərindəki ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığından bəhs edib.

T.Nikoliçin müsahibəsində Azərbaycanla bağlı məqamlar da yer alıb.  O, Kosovo məsələsi ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın suverenliyi, ərazi bütövlü və sərhədlərinin toxunulmazlığını dəstəkləməsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin yüksək dəyərləndirildiyini qeyd edib. Eyni zamanda Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı imzaladığını qeyd edən T.Nikoliç, həmin Bəyannamənin imzalanmasının beş ilinin tamam olması münasibətlə Azərbaycanın Prezidenti cənab İlham Əliyevi təbrik edib.

Ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşlərini xatırlayan T.Nikoliç, ölkə başçımızı uzaqgörən və müdrik siyasətçi kimi xarakterizə edərək, ölkəmizin uğurlarının onun adı ilə bağlı olduğunu bildirib və 11 aprel 2018-ci il tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində qədirbilən Azərbaycan xalqının Prezident İlham Əliyevə etimad göstərəcəyinə ümidini ifadə edib: “Serbiya prezidenti vəzifəsindən getdikdən sonra mən, dünyada və dost ölkələrdə, o cümlədən Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirəm, Serbiyanın sabiq prezidenti, Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın sədri Tomislav Nikoliç qeyd edir. O, 2013-cü ilin fevralında Azərbaycana rəsmi səfəri, həmçinin, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş və söhbətləri unudulmaz xatirələrlə yad etdiyini əlavə etmişdir. O, mənə uzaqgörən və müdrik siyasətçi təəssüratı bağışlamışdır. Mətbuatdan aldığım məlumatlara əsasən, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəkdir və bugünədək rəsmən səkkiz nəfər namizədliyini irəli sürmüşdür. Ümid edirəm ki, qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevə etimad göstərəcəkdir. Belə ki, bu gün dünyada elə bir vaxt yetişib ki, xalqlar öz əməlləri ilə özünü təsdiq edən və öz xalqına bağlılığını göstərən şəxslərə səs verirlər. Azərbaycanın uğurları İlham Əliyevin müdrik və ağıllı siyasətinin nəticəsidir. Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə səmimi qəlbdən uğurlar və dost Azərbaycan xalqına rifah arzulayıram”.

Gununsesi.info