Serenaya sataşdılar – araya Kərəm girdi

  • By admin
  • 21 Avqust 2017 21:30

oo
Aktrisa Serenay Sarıkaya ilə aktyor sevgilisi Kərəm Bürsin ötən gecə klublardan birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, il yarımdır sevgili olan cütlük qapıda bir qrup sərxoş gənclə üzləşib.

Gənclər Serenayla şəkil çəkdirmək istəsə də, aktrisa onları rədd edib. Bundan sonra əsəbləşən oğlanlar Sarıkayaya “Kərəmdən ayrıl”, “Heç də qəşəng deyilsən”, “Yaraşmırsınız” kimi sözlər deyiblər. Daha sonra Bürsin araya girib və onlarla dava etmək istəyib.

Lakin klubun mühafizə xidməti aktyorla sərxoş gəncləri ayırıb və cütlüyü evinə kimi ötürüb.

Gununsesi.info