Sergey Lavrov Tillersonla görüşüb

  • By admin
  • 20 Sentyabr 2017 09:10

lavrov tillerson

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla Ukrayna üzrə Minsk sazişlərinin icrasını müzakirə edib.  

“Ukrayna ilə bağlı məsələ, sözsüz ki, nizamlanmalıdır. Bunun üçün çox konkret yanaşma var – Minsk razılaşmaları”, – deyə Lavrov görüşdən sonra brifinqdə deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər bu sənədlərə sadiqliyini bir daha təsdiqləyiblər: “Bu razılaşmalar tam şəkildə icra olunmalıdır”.

Lavrov və Tillerson, həmçinin, Rəqqa və Deyr əz-Zorda İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər.

Gununsesi.info