“Serj Sarkisyanın səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 20 Sentyabr 2017 17:24

elman

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov BMT Baş Assambleyasının 72-ci sessiyasında Serj Sarkisyanın çıxışına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Serj Sarkisyanın quldur, cani olduğu BMT-yə məlumdur: “Bu şəxs Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən səhra komandiridir. Azərbaycanın BMT-yə hansı ərazi ilə daxil olması da təşkilatda var. Yəni bütün bu faktların qarşısında Sarkisyanın BMT kürsüsündə danışdığı sərsəm fikirlərin heç bir hüquqi əsası yoxdur. Onun danışdığı şər-böhtandır. BMT rəhbərliyi bilir ki, onların özləri Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğal olunduğunu tanıyıblar və həmin ərazilərdən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə bu qurumun 4 icra olunmamış qətnaməsi var. Onlar özləri Sarkisyana sual verməlidirlər ki, bu qətnamələri niyə icra etmir və Ermənistan qoşunlarının Azərbaycan ərazisində nə işi var? Sarkisyan utanmadan işğal etdikləri ərazidə yeni bir erməni dövləti yaratmaq istədiklərini BMT kürsüsündən elan edir. Mən inanıram ki, Ermənistan prezidentinin bu cür sayaqlamaları BMT rəhbərliyi tərəfindən qanuni qiymətləndiriləcək”.

Gununsesi.info