XƏBƏR LENTİ

19 Fevral 2018

24 Noyabr 2017 - 10:40

Şevket bəy tərəfindən mənə maraq var, ya yox, bilmirəm, amma…- PƏRVİN ABIYEVA
“Yanlış anlama” filminin qalası zamanı aktyor Şevket Çoruhun gözlərini çəkə bilmədiyi aktrisa Pərvin Abıyeva açıqlama verib. 
Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, Pərvin “Arka sokaklar”ın aktyorunun baxışları ilə bağlı bunları deyib:

“Şevket bəy mənə baxırmış, amma mən hiss etməmişəm. O, mükəmməl aktyordur, onu çox sevirəm. “Arka sokaklar”ı neçə ildir, izləyirik. Şevket bəy tərəfindən mənə maraq var, ya yox, bilmirəm, amma onun baxmağı mənim üçün şərəfdir. Xəbəri oxuyanda şad oldum. Çünki onun diqqətində olmaq gözəldir”.

Gununsesi.info