Şeyxülislam dini liderlərin görüşündə iştirak etməyəcək - SİYAHI

  • By admin
  • 20 Sentyabr 2017 22:10

allahsukur

Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq. 

Gununsesi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.

Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:

Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslamUniversitetinin dekanı

Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı

Aleksandr Şarkovski – Yəhudi icmasının sədri

Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı

Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri.

Gununsesi.info