Siçanları məhv etmək üçün - ADAYA ORDU YERİDİLDİ

  • By admin
  • 20 Fevral 2018 12:54
Yeni Zellandiya hökuməti ölkənin cənub istiqamətində 760 km məsafədə yerləşən Antipodes adalarında sıçanların adadakı Albatros quşlarını məhv etdiyindən, ümumiyyətlə flora və faunasına ciddi ziyan vurduğunu nəzərə alaraq siçanları məhv etmək qərarına gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  bu məqsədlə Yeni Zellandiya hökuməti milyon dollarlıq siçanları məhv etmək üçün  adaya dövlət nazirinin başçılığı ilə  10 mühafizəçi, 3 narkotik it, ordu və donanma  qüvvələri  göndərib.
Antipodes adalarında yüz il əvvəl baş verən  gəmi qəzası nəticəsində adaya siçanlar gəlib.  Hazırda siçanlar adanı tam zəbt edib. Siçanları məhv etmək üçün xüsusi bir şirkət yaradılacaq  və hökumər həmin şirkətə iki il ərzində 735 min dollar vəsait ayıracaq.
2016-ci ildə Yeni Zellandiya hökuməti 75 gün içində havadan atəşlə 200 min siçanı məhv edib.
Gununsesi.info