Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

15 Dekabr 2017 - 13:20

“Silahlı Qüvvələrdə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumlar yaradıla bilməz”- AZAY QULİYEV

“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev “Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilməsi normal bir müddəadır.

“Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz. Hətta bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı. Bu, dünya praktikasına uyğundur. Burada hər hansı bir QHT-nin və yaxud siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmır. Bu, bir norma və prinsipdir. Ancaq biz burada ictimai nəzarətlə bağlı məsələyə xüsusi diqqətlə yanaşmalıyıq. Biz Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti praktiki olaraq həyata keçiririk. Ədliyyə Nazirliyində İctimai Şura var. Başqa qurumlarda da artıq bu proses gedir. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olunmaqla ictimai nəzarət tətbiq olunmalıdır. Bu, işin xeyrinə olar”.

Gununsesi.info