VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

17 Avqust 2017 - 22:40

Şimali Koreya ilə Yaponiyanın heykəl davası

eyruuiui_5856767

“The Guardian” Cənubi Koreya paytaxtı Seulun bir neçə avtobus marşrutlarında “rahatlıq qadınlarının” və ya seks kölələrinin fiqurları yerləşdirildiyindən yazıb.

Avtobus salonlarında oturdulmuş qadın fiqurları ayaqyalındır və əyinlərində ənənəvi habok əbaları görünür.

Avtobus salonlarının qabaq oturacaqlarında əyləşdirilmiş fiqurları Dong-A Transit şirkəti yerləşdirib.

Bu fiqurlar 1910-1945-ci illər arasında ölkənin Yaponiya tərəfindən işğalı zamanı əsgərlər üçün zorla seks köləsinə çevrilmiş yerli qadınların xatirəsinin yad edilməsi üçün hazırlanıb.

“Rahatlıq qadınları” termini müharibə illərində cəbhə xətti boyunca yaradılmış fahişəxanalarda saxlanan 200 min qız-gəlini bildirir. Bu qadınların əksəriyyəti zorla Koreya yarımadasından gətirilmişdi.

Dong-A Transit avtobus şirkətinin başçısı Rim Jin-Vuk deyib ki, fiqurlar Şimali Koreyalılara qadınların müharibə illərində çəkdikləri məşəqqətləri anlatmalıdır.

Bu kampaniya paytaxt avtobuslarının bir sıra marşrutlarında sentyabrın sonunadək davam edəcək.

Lakin “mübahisəli tarixi məsələnin qabardılması” üçün ictimai nəqliyyatdan istifadə edilməsi Yaponiyada əsəbiliklə qarşılanıb.

Yaponlar deyirlər ki, “rahatlıq qadınları” məsələsi 2015-ci il razılaşmasına görə “birdəfəlik və həmişəlik” həll olunub.

Razılaşmada qadınların müsibətlərinə görə üzrxahlıq edilsə də, Yaponiya bu məsələyə görə hüquqi məsuliyyətini qəbul etmir. Belə bir məsuliyyətin qəbul edilməsi Yaponiyadan təzminatın tələb edilməsinə yol açardı.

Tokio bildirir ki, bütün təzminat tələbləri 1965-ci ilin sülh sazişi ilə həll olunub. Bu sazişə görə Yaponiya sayları getdikcə azalan “rahatlıq qadınlarına” kompensasiya üçün 9 milyon dollar vəsait ayırmışdı.

Bu sazişə əsasən tərəflər beynəlxalq meydanda bir-birlərini seks quldarlığında ittiham etməmək barədə razılığa gəliblər.

Lakin sazişin tamamilə icra edilməsi qarşısında ən böyük maneə Yaponiyanın Cənubi Koreyadan bütün ölkə boyu ucaldılmış seks köləsi heykəllərini yığışdırmasını tələb etməsidir.

Bu heykəllərdən ən qalmaqallısı 2011-ci ildə Seuldakı Yaponiya səfirliyinin düz qarşısında ucaldılıb.

Heykəltəraşlar Kim Seo-kyunq and Kim Eun-sunq CNN telekanalına deyiblər ki, bu heykəli hazırda sağ olan seks kölələrinin 1000-ci etiraz nümayişinə həsr ediblər. Bu nümayişlər 1992-ci ildən bəri hər çərşənbə günü keçirilir.

İnsan haqları fəalları həmin vaxtdan etibarən bütün ölkə boyunca seks kölələrinin heykəllərini ucaldırlar. Bunlardan biri xüsusilə diqqətəlayiqdir. 2016-cı ildə seks köləsi heykəllərindən biri də liman şəhəri Busanda, Yaponiya konsulluğunun qarşısında qurulmuşdu.

Sonradan yerli hakimiyyət bu heykəlin götürülməsinə sərəncam vermişdi. Lakin izdihamlı etirazların ardınca, iki gün sonra heykəli yerinə qaytarmalı olmuşdular.

Cənubi Koreya hökuməti bildirir ki, seks kölələrinə ictimai rəğbət qarşısı alına bilməyəcək dərəcədə güclüdür.

Bəzi xəbərlərə görə “rahatlıq qadınları” ilə bağlı məsələ yenidən siyasi gündəmə qayıda bilər, beləki ölkənin yeni prezidenti Mun Jay-in keçmiş insan haqları fəalıdır. O bildirib ki, Yaponiya ilə imzalanmış 2015-ci il sazişinə yenidən baxılacaq.

Mun bu yaxınlarda Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon söhbətində deyib ki, Koreya cəmiyyətinin ovqatı onun bu sazişi qəbul etmədiyini göstərir.

“The Guardian” yazır ki, ən ziddiyyətli “rahatlıq qadını” heykəli 2013-cü ildə Kaliforniyanın Glendale şəhərində ucaldılıb. Bu ilin aprelində ABŞ-ın Ali Məhkəməsi bu heykəlin götürülməsinə dair iki yapon əsilli sakinin iddiasını rədd edib.

Məqalədə deyilir ki, hazırda yaşayan “rahatlıq qadınlarının” sayı heykəllərin sayından iki dəfə azdır.

Ölkədə seks köləliyini yaşamış 37 canlı şahid qalır, lakin xatirə heykəllərinin sayı 80-ə çatıb.

Cənubi Koreya fəalları 2020-ci ilədək “rahatlıq qadınlarının” xatirəsinə həsr edilmiş muzeyin yaradılması barədə qərar qəbul ediblər.

Gununsesi.info




loading...
Loading...