Siqaret və spirtli içkilərin qiyməti artırılır - DAXİLİ BAZARI QORUMAQ ADI İLƏ

  • By admin
  • 12 Oktyabr 2017 09:44

siqaraaraq

Yaxın günlərdə Azərbaycana idxal olunan siqaret və spirtli içki məhsullarının qiymətində artım olacaq.

Bu barədə Gununsesi.info-ya gömrük orqanlarından verilən məlumatda qeyd olunur. Xəbərdə bildirlir ki, qiymət artımı 20-30 faiz civarında gözlənilir.

Məlumatda bildirilir ki, gömrül orqanları xaricdən gələn məhsulların qiymət artımını daxili bazarın qorunması ilə izah etməyə çalışacaq. Ancaq sirr deyil ki, bu birbaşa ölkədəki yerli məhsulların qiymətinin artımına hesablanıb.

Xaricdən idxal olunan siqaretin bahalaşmasından sonra “European Tobacco Baku”  da öz məhsullarının qiymətini artıracaq. Bundan başqa Azərbaycanda şərab istehsalı ilə məşğul olan zavodların da bahalaşmaya gedəcəyi qaçılmazdır.

Gununsesi.az