Şirkət ən son model təyyarə alır - FOTOLAR

  • By admin
  • 24 Avqust 2017 12:46

08

Türkiyənin məhşur “Qoç Holdinq” şirkətlər qrupu “Falcon 8X” ən son model təyyarə almaq üçün Fransanın “Dassault” şirkəti ilə razılığa gəlib.

Gununsesi.info Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, 14 nəfərlik sərnişin tutumuna malik olan “Falcon 8X” təyyarəsi yanacaq itkisinə yol vermədən, İstanbuldan ABŞ-ın qərb sahillərinə kimi uçmaq qabiliyyətinə malikdir.

Belə ki, “Falcon 8X” tipli təyyərinin standart qiyməti 58 milyon ABŞ dollarıdı. 3 motorla təchiz olunan “Falcon 8X” təyyərisini uzunluğu 24,46 metr, qanadlarının uzunluğu isə 26,90 metrdi. Bu təyyarə 11min 945 km məsafəyə uçmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, Fransanın “Dassault” şirkətin “Falcon 8X” təyyərəsini oktyabr ayının sonundək “Qoç Holdinq” şirkətlər qrupuna təqdim edəcək.

10

09

Anar

Gununsesi.info