Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub

  • By admin
  • 18 Noyabr 2017 15:52


Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. 

Gununsesi.info “report”a istinadən xəbər verir ki, Fəqan Həsənov şəhər icra başçısının müavini – Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib.

O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Gununsesi.info