Şirvanda avtomobil 42 yaşlı piyadanı vurub

  • By admin
  • 18 Noyabr 2017 21:44


Şirvan şəhərində Hacıqabul rayonunun Nəvahi kənd sakini 1975-ci il təvəllüdlü Zeynalov Elşən Ağarza oğlu “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Yaralı piyada sürücü tərəfindən dərhal Şirvan şəhər xəstəxanasına gətirilib.

E.Zeynalov sağ bud və omba sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info