Şişkinliyi aradan qaldıran üsullar - SİYAHI

  • By admin
  • 24 Avqust 2017 09:20

mide-siskinligi-nasil-gecer--1469113037

Hər dəfə qida qəbul etdikdən sonra qarın olduğundan daha şişman göstərir. Lakin bunun təkcə xarici görünüş üçün deyil, sağlamlıq üçün də ciddi təsiri var. Yeməkdən sonra mədə şişir və nəfəsalma nisbətən ağırlaşır. Belə hallardan xilas olmaq üçün, əvvəla, qəbul edilən qidalara diqqət yetirmək və sürətli yeməkdən uzaqlaşmaq, qidanı yaxşı çeynəmək lazımdır. Digər tərəfdən isə müxtəlif üsullarla bu kimi halların qarşısını almaq mümkündür.

Gununsesi.info yeməkdən sonra yaranan şişkinliyi aradan qaldırmaq üçün faydalı olan 6 üsulu oxucularına təqdim edir.

Qəhvə

Qəhvə faydaları haqqında yəqin ki, çox adam məlumatlıdır. Onun bir müsbət cəhəti də həzmə kömək etməsidir.

Çobanyastığı çayı

Bu təbii bitki çayı həzm prosesini asanlaşdırmaqla yanaşı, yuxusuzluğa və stressə qarşı istifadə edilən effektli üsuldur.

Razyana çayı

Bir stəkan qaynar suyun içərisinə bir az razyana əlavə etməklə dəmləyəcəyiniz çay həzmə kömək edir və şişkinliyi aradan götürür.

Zəncəfil çayı

Zəncəfil çayı mədənin ağırlığını aradan qaldırmaqla yanaşı, bir çox xəstəliyin dərmanıdır. Bu bitki, həmçinin, qadınların mensturasiya ağrılarını bir neçə dəqiqə ərzində aradan qaldırır.

Qatıq

Xüsusilə şam yeməyindən sonra qəbul edilən qatıq tərkibindəki aktiv bakteriyalar sayəsində mədə əzələlərini hərəkətə gətirir və həzm prosesini yüngülləşdirir.

Ədviyyatlar

Çox qəbul etməmək şərti ilə istifadə olunan ədviyyatlar həzmi asanlaşdırmaqla yanaşı, mədə turşuluğunu aradan qaldırır.

Gununsesi.info