“Siyasi islahatlara başlanılması Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasını sürətləndirəcək” - POLİTOLOQ

  • By admin
  • 18 Fevral 2017 13:56
avropa
Son dövrlərdə  Azərbaycan- Avropa İttifaqı (Aİ)  münasibətləri yeni mərhələyə qədəm qoyub.
 
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu  Azərbaycan-Aİ arasındakı son münasibətləri şərh edərkən deyib.
Onun sözlərinə görə,  Azərbaycan Prezidenti İlham Əliyevin  son dövrlərdəki xarici siyasətində  Aİ ilə Azərbaycan arasında  inteqrasiyanın daha da sürətlənməsi  əsas prioritetlərdən biridir.
“Azərbaycan Gürcüstandan fərqli olaraq Aİ ilə assosiativ saziş imzalamasa da, Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev  Brüsselə səfəri  və bu səfərdə keçirdiyi görüşlər onun Aİ ilə tərəfdaşlıq sazişinin imzalanmasında və bu prosesin sürətlənməsi niyyətində  olduğunu sübut etdi. Ancaq bu sazişin imzalanması ilə bağlı tərəflər arasında  müəyyən şərtlər var və o, şərtlər tərəflər arasında razılaşdırılmalıdır”- deyə, politoloq vurğulayıb.
E. Şahinoğlu əlavə edib ki, bu şərtlər  də əsasən Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına  üzvlüyü, Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsidir:
“Bu şərtlər arasında təbii ki, adı mübahisəli siyasi məhbus siyahısında olan məhkumların da azad olunması var. Novruz bayramında növbəti əfv fərmanı gözlənilir və ümid edirəm ki, adı mübahisəli siyasi məhbus siyasında olan şəxslər azadlığa çıxacaq. Hesab edirəm ki, həm bu, məhbusalrın azadlığa çıxması, həm də siyasi islahatlara başlanılması Azərbaycanla Aİ arasında nəzərdə tutulan sazişin imzalanması prosesini sürətləndirəcək”.
Politoloq  bildirib ki, əgər Aİ ilə daha sıx inteqrasiya prosesində maraqlıyıqsa,  o zaman  Brüsselin irəli sürdüyü bir sıra şərtlər həllini tapmalıdır: 
“Hesab edirəm ki, Aİ ilə Azərbaycan sazişin imzalanması üçün bir sıra şərtlər üzərində razılaşacaq və qısa zamanda bu saziş reallaşacaq. Burada elə bir ciddi problem görmürəm. Hətta, Belarus prezidenti Aleksandr Lukaşenko Aİ tərəfindən siyasi məhbus kimi təqdim edilən bütün  şəxsləri azad etdi. Azərbaycanın da belə bir anoloji addım atacağına inanıram”.
Elxan Shahinoglu
 Mürtəza
Gununsesi.info