“Siz alaq otusunuz, sizi kökündən kəsmək lazımdır”

  • By admin
  • 19 Sentyabr 2017 20:52

19be04145aef84db177f0fdb0fd53473

“Neynədiz ki, bu maşınları, villaları aldız? Hansı pul ilə?”

Gununsesi.info xəbər verir ki, ARB TV-nin “Günə davam” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyev olub.

Müğənni bu dəfə də atmacalarından qalmayıb.

“Məni bəyənən də var, bəyənməyən də. Əlbəttə bəyənməz. Oxuya bilmir, gəlib bahalı maşın sürür. Mən mərdəkana taksi ilə gedib, gəlirəm. Neynədiz ki, bu maşınları, villaları aldız? Hansı pul ilə? 50 ildir mən toya gedirəm, mənim “zaparojni”m yoxdur. Mən ağlamıram, mən olanı deyirəm. Nə istəyirsiz məndən? Nə etməliyəm? Haq sözümü deməyim? Deyim ki, hamısı yaxşı oxuyur? Nə edim ki, sizin xoşunuza gəlim? Hər adam ulduz olur? Ulduzlar bilir ki, kimlərdi. Rəşid, Müslüm, Bülbül, Flora. Bunlardır ulduzlar. Siz alaq otusuz. Kəsmək lazımdır kökündən”.

Gununsesi.info