Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

07 Avqust 2017 - 13:08

Siz düz, nəvəniz saf biridirsə, xalqın qəzəbi nədən qaynaqlanır?- TANINMIŞ VƏKİL ƏLİ HƏSƏNOVA SUAL EDİR

eli-hesen

Tanınmış vəkil Bəhruz Bayramov Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun Gununsesi.info saytında yayımlanan açıqlamasına münasibət bildirib.

Vəkil özünün facebook səhifəsində yazdığı qeydində Əli Həsənovu qeyri-səmimilikdə qınayıb.

Behruz

Vəkil yazır:

Əli Həsənovun müsahibəsini oxudum. O, düz deyir, babalar, nəvələrə, atalar oğullara görə məsuliyyət daşımamaldır. Amma söhbət hüquqi dövlətdən gedirsə! Bəs bizdə reallıq nədən ibarətdir? Məsələn, Azərbaycanda kimi inandırmaq olar ki, Əli Həsənovun nəvəsi dəyəri milyonlarla ölçülən avtomobil kolleksiyasını şəxsi bacarığı, istedadı hesabına əldə edib? Bəlkə Əli Həsənov alman məmurlar kimi velosipedlə, britaniyalı nazirlər kimi ictimai nəqliyyatla gedir işə, ona görə ona inamımız tam olmalıdır? Siz düz, nəvəniz saf biridirsə, xalqın qəzəbi nədən qaynaqlanır? Heç düşündünüzmü, milyonlar baş verənlər görə niyə sizi ittiham edir? Elə qaçqın var ki, beş evi var, 6-cısını da siz hədiyyə etmisiz. Amma minlərlə qaçqın, şəhid ailəsi, Qarabağ qazisi yüz il bundan sonra da var olsalar, sizin nəvənizin malik olduğu bir avtomobili almaq imkanlıar olmayacaq. Hər gün olkə ərazisində yüzlərlə avtomobil qəzası olur, onlarla adam bu qəzalarda hayatını itirir, Amma heç bir qəza Əli Həsənovun nəvəsinin törətdiyi qəza qədər ictimai rezonas doğurmur. İctimai rəylə hesablaşmaq lazımdır, cənab Həsənov. Lənət şeytana…





loading...