Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

12 Yanvar 2018 - 15:54

Smartfonlar tələbələrin təhsil almasınaMƏNFİ TƏSİR GÖSTƏRİR

Daima smartfondan istifadə edən belçikalı tələbələrin bilik səviyyəsi mobil telefondan asılılığı olmayanlarla müqayisədə aşağıdır. Bu haqda Antverpen və Gent universitetlərinin araşdırmasına istinadən yerli VRT telekanalı məlumat verib. “Araşdırma nəticəsində məlum olub ki, daima smartfondan istifadə edən tələbələrin bilik səviyyəsi öz qurğusundan yalnız ehtiyac olduqda istifadə edənlərlə müqayisədə aşağıdır” – telekanal sitat gətirib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, orta statistik tələbə dərs zamanı öz telefonunu 3-5 dəfə və ya hər saatda ən azı iki dəfə yoxlayır. “Biz smartfon asılılığı və tələbələrin təhsili arasında dəqiq əlaqə aşkar etmişik. Məsələn, təhsil zamanı mobil telefondan az istifadə edən tələbələrin keçid balı ən azı 69% təşkil edir, halbuki smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır” – mütəxəssislər bildiriblər.

Bununla belə Antverpen və Gent universitetlərinin alimləri təhsil zamanı smartfonlardan istifadənin üstünlüklərini də qeyd ediblər. Məsələn, tələbələr smartfonların köməyilə informasiya toplaya və qrupda kollektiv şəklində işləyə bilərlər. Ancaq araşdırma müəllifləri xüsusilə imtahanlar dövründə mobil telefonlardan az istifadə etməyi tövsiyə edirlər, çünki tələbələr təhsilə lazımınca diqqət ayıra bilmirlər. Bundan başqa, alimlər cihazların insan yuxusuna mənfi təsiri haqda xəbərdarlıq ediblər.

Gununsesi.info