SOCAR-da çalışanların sayı açıqlandı - RƏSMİ

  • By admin
  • 21 Sentyabr 2017 10:16

2016-02-12-20-27-00socar

2017-ci ilin avqustun 1-nə olan məlumata görə, SOCAR-da 50,4 min nəfər işçi çalışır ki, onlardan 69%-i (34,9 min nəfər) fəhlə, 31%-i (rəhbər – 5,9 nəfər, mütəxəssis – 9,3 min, texniki icraçı – 0,3 nəfər) isə qulluqçulardır.

Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “İki sahil” qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Onun sözlərinə görə, son 23 il ərzində işçilərin ümumi sayında ali təhsillilərin sayı 16%-dən 33%-ə qalxıb və 2017-ci ilin avqustun 1-nə kimi SOCAR ali təhsillilərin sayı 16,6 min nəfər təşkil olub. “29 yaşa qədər işçilər 9,9% (5 min nəfər, onlardan 4,5 min nəfəri kişi, 500 nəfəri qadın) təşkil edir. Şirkətin müəssisə və təşkilatlarında 260-dan çox elmlər və fəlsəfə doktoru çalışır”, – deyə X. Məmmədov qeyd edib.

Vitse-prezident bildirib ki, 1995-ci ilin yanvarın 1-dək SOCAR-da 77 mindən çox işçi çalışıb, onların 72%-i fəhlə, 24%-i rəhbər işçi və mütəxəssislər idi. “Qeyd etmək lazımdır ki, xarici neft şirkətləri ilə aparılan layihələr ilə əlaqədar SOCAR-ın minlərlə təcrübəli mütəxəssis və fəhləsi fəaliyyətini davam etdirib”, – deyə o əlavə edib.

Gununsesi.info