Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

17 Oktyabr 2017 - 11:40

SOCAR-ın büdcəyə ödənişləri 13.7 faiz artıb

2016-02-12-20-27-00socar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sentyabr ayında büdcəyə ödənişləri 1.7 faiz azalıb.

Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki, 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib. Ötən ilin müvafiq dövrünə isə bu rəqəm 119,4 milyon manat olub.

Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4,9 faiz çoxdur.

Vüsalə

Gununsesi.info





loading...